📄 Qaydalar və Şərtlər
(Tunar Nəbizadə tərəfindən göstərilən xidmətlər üçün)
Bundan sonra;
Tunar Nəbizadə – “Satıcı”
Xidmət alan şəxs – “Alıcı” adlandırılır.
1. Ümumi müddəalar
1.1. Alıcı, Satıcı tərəfindən göstərilən xidmətlərə (təlim, fərdi görüş, konsultasiya, seminar və s.) yazılmaqla, ödəniş etməklə və/və ya qeydiyyatdan keçməklə bu Qaydalar və Şərtləri tam oxuduğunu, başa düşdüyünü və qeyd-şərtsiz qəbul etdiyini təsdiqləyir.
1.2. Satıcı tərəfindən göstərilən xidmətlər yalnız müşavirlik, motivasiya və fərdi inkişaf dəstəyi xarakteri daşıyır; psixoloji və ya tibbi seans deyil və belə xidmətləri əvəz etmir.
1.3. Xidmətlər qeyri-maddi xarakterlidir; nəticə zəmanəti verilmir. Lakin, peşəkarlıqla aparılır.
2. Yaş məhdudiyyəti
2.1. Qatılmaq üçün minimum yaş həddi 18-dir.
2.2. Əgər Alıcının yaşı 18-dən azdırsa, valideyn tərəfindən yazılı icazə vərəqəsi təqdim olunmalıdır.
2.3. Yaşı 18-dən aşağı Alıcı valideyn nəzarətində olduğu üçün seans sonrası önəmli məqamlar valideynlərlə paylaşılır.
3. Məxfilik
3.1. Satıcı və Alıcı qarşılıqlı olaraq xidmət zamanı əldə edilən şəxsi məlumatların gizliliyini qorumağa borcludur.
3.2. Alıcı terapiya, təlim, konsultasiya zamanı video, səs yazısı və ya digər qeydlər apara bilməz; əks halda ödəniş qaytarılmadan xidmətlərdən uzaqlaşdırılır.
3.3. Məxfilik yalnız aşağı hallarda qanuni olaraq pozula bilər:
Alıcının özünə və ya başqasına zərər verməsi ehtimalı olduqda;
Yoluxucu xəstəliyi olub, məlumatı paylaşmaqdan imtina etdikdə;
Zorlama və ya istismar halları baş verdikdə;
Məhkəmə və ya hüquq-mühafizə orqanları tərəfindən rəsmi sorğu olduqda.
Bu hallarda məlumat yalnız zəruri həcmdə, müvafiq orqanlarla paylaşılır və Alıcı əvvəlcədən məlumatlandırılır.
4. Seans qaydaları
4.1. Alıcı seans üçün ödəniş etdikdən sonra təyin olunmuş tarixdə iştirak etməlidir.
4.2. Əgər Alıcı seans vaxtından ən azı 24 saat əvvəl yazılı şəkildə xəbər verməzsə, seans keçirilmiş sayılır və ödəniş geri qaytarılmır.
4.3. 24 saatdan əvvəl məlumat verilərsə, seans başqa tarixə keçirilə bilər.
4.4. “Seans” termini “psixoloji və ya tibbi seans” deyil, müşavirlik xidmətini nəzərdə tutur.
5. Depozit və ön ödənişlər
5.1. Depozitlər, bron ödənişləri və ön ödənişlər geri qaytarılmır.
5.2. Satıcı tərəfindən xidmət ləğv edilərsə, ödəniş başqa tarixə və ya başqa xidmətə köçürülə bilər.
6. Ödəniş və geri qaytarılma siyasəti
6.1. Təlim və ya seminar başlamazdan ən azı 5 gün əvvəl müraciət edilərsə, depozit və ön ödəniş istisna olmaqla, qalan ödəniş geri qaytarılır.
6.2. Təlim günü və ya bir gün əvvəl müraciət edilərsə, ödəniş qaytarılmır; yalnız xidmət başqa tarixə keçirilə bilər.
6.3. Xidmət qeyri-maddi olduğundan, nəticədən narazı qalmaq geri qaytarma üçün əsas deyil.
6.4. Ödəniş planı pozularsa, balans tam ödənilənədək xidmət göstərilmir.
7. Tərəflərin öhdəlikləri
Satıcının öhdəlikləri:
Xidmətləri peşəkar və etik standartlara uyğun göstərmək;
Alıcının məlumatlarının məxfiliyini qorumaq;
Xidmət haqqında tam və doğru məlumat vermək.
Alıcının öhdəlikləri:
Düzgün şəxsi məlumat təqdim etmək;
Təyin olunan vaxtda xidmətə qatılmaq;
Psixotrop maddə, narkotik, alkoqol qəbul etmədiyini təsdiqləmək;
Əgər hər hansı psixoloji və ya fiziki sağlamlıq problemi, dərman qəbulu varsa, bunu xidmət öncəsi “Müşavirliyə dair Məlumat Blank” formasında göstərmək;
Məxfilik və müəllif hüquqlarına hörmət etmək.
8. Xitam
8.1. Satıcı aşağıdakı hallarda xidməti birtərəfli xitam edə bilər:
Alıcı tərəfindən etik qaydaların pozulması;
Yalan məlumat verilməsi;
Məxfilik qaydalarının pozulması;
Satıcıya və ya digər iştirakçılara qarşı hörmətsizlik.
Bu halda ödəniş geri qaytarılmır.
9. HĂĽquqi qeyd
9.1. Bu sənəd Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanır.
9.2. Mübahisələr danışıqlar yolu ilə, mümkün olmazsa Azərbaycan Respublikasının məhkəmələrində həll edilir.
Qəbul
Alıcı ödəniş etməklə, qeydiyyatdan keçməklə və/və ya “Qaydalar və Şərtləri qəbul edirəm” düyməsini klikləməklə bu şərtləri qəbul etdiyini təsdiqləyir.